
Bişkek. Trend:
Qırğızıstan iqtisadiyyat, ticarət, investisiyalar və maliyyə
sahələri üzrə TDT üzv dövlətləri arasında əməkdaşlığın Yol
xəritəsinin layihəsini təklif edib.
Trend Qırğızıstan
Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Qırğızıstan
prezident administrasiyasının rəhbəri, Nazirlər Kabinetinin sədri
Adılbek Kasımaliyev TDT-yə üzv dövlətlərin hökumət başçıları və
vitse-prezidentlərinin görüşü zamanı bildirib.
O həmçinin vurğulayıb ki, Qırğızıstan TDT çərçivəsində
qarşılıqlı ticarətin artırılmasında, iri infrastruktur və
investisiya layihələrinin, xüsusilə perspektivli və dinamik inkişaf
edən sahələrin dəstəklənməsində maraqlıdır.
Onun sözlərinə görə, Qırğızıstanın TDT-ə üzv dövlətlərlə ticarət
dövriyyəsi 2024-cü ildə 2 milyard 427 milyon dollar təşkil
edib.
“Biz tez-tez TDT çərçivəsində inteqrasiya və əməkdaşlığın
əhəmiyyətindən danışırıq. Doğrudan da, böyük potensialımız var.
Lakin hesab edirəm ki, artıq sözdən əmələ keçməyin vaxtı çatıb.
Hazırda Təşkilat çərçivəsində təxminən 40 əməkdaşlıq istiqaməti
mövcuddur, çoxsaylı iclaslar, görüşlər, forumlar, konfranslar
keçirilir. Amma belə görüşlər formal xarakter daşımamalıdır”,- deyə
Kasımaliyev bildirib.