Azərbaycan ABŞ və Çindən albalı idxalını bərpa edib

Baş səhifə

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 20,81 milyon ABŞ dolları dəyərində 16 min 740 ton albalı və gilas ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, hesablamalara əsasən, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 16 %, kəmiyyət olaraq 35 % azdır.

Azərbaycan Rusiyaya 20,66 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 25 % az) 16 min 624 ton (-35 %), Qazaxıstana 62 min ABŞ dolları dəyərində (-58 %) 76,8 ton (-51 %), Belarusa 29,7 min ABŞ dolları dəyərində (+58 %) 5,13 ton (-72 %), Bolqarıstana 28,21 min ABŞ dolları dəyərində 13,76 ton (1 il əvvəl tədarük olmayıb), Birləşmiş Ərəb Əmirliklərinə 21,3 minABŞ dolları dəyərində (-69 %) 3,77 ton (-82 %) məhsul satıb.

Hesabat dövründə Azərbaycana xarici ölkələrdən 288,84 min ABŞ dolları dəyərində (+2 dəfə) 257,32 ton (+2,8 dəfə) albalı və gilas gətirilib.

Azərbaycan İrandan 145,64 min ABŞ dolları dəyərində (+3 dəfə) 107,88 ton (+3 dəfə), Rusiyadan 136,62 min ABŞ dolları dəyərində 148,66 ton (1 il əvvəl tədarük olmayıb), Çilidən 3,4 min ABŞ dolları dəyərində (-44 %) 0,42 ton (-45 %), Çindən 1,93 min ABŞ dolları dəyərində 0,24 ton, Argentinadan 0,92 min ABŞ dolları dəyərində (-8 %) 0,05 ton (-58 %) məhsul alıb.

Azərbaycan 7 il 5 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (0,3 min ABŞ dolları dəyərində 0,01 ton) və 12 il 6 ayın tamamında Çindən tədarükü bərpa edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.