Qırğızıstan Türk İnvestisiya Fondunun Direktorlar şurasının iclasının Bişkekdə keçirilməsini təklif edib

Baş səhifə

Bişkek. Trend:

Qırğızıstan bu il Türk İnvestisiya Fondunun Direktorlar
şurasının iclasının Bişkekdə keçirilməsini təklif edir.

Trend
Qırğızıstanın Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bu
barədə Qırğızıstan prezident administrasiyasının rəhbəri, Nazirlər
Kabinetinin sədri Adılbek Kasımaliyev TDT-yə üzv dövlətlərin
hökumət başçıları və vitse-prezidentlərinin görüşü zamanı
danışıb.

“Ümidvaram ki, bu il Bişkek şəhərində Türk İnvestisiya Fondunun
Direktorlar Şurasının növbəti iclasının keçirilməsi təşəbbüsümüzü
dəstəkləyəcəksiniz. İnvestisiya fondunun fəaliyyətə başlaması ilə
yanaşı, iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün Türk Dövlətləri
Təşkilatı çərçivəsində Ticarət-sənaye palatalarının və Ticarətə
dəstək komitəsinin fəaliyyəti də böyük əhəmiyyət kəsb edir. Bu
strukturlar işgüzar fəallığın artırılmasına, ticarət maneələrinin
aradan qaldırılmasına və biznesin, xüsusən də kiçik və orta
sahibkarlığın dəstəklənməsində mühüm potensiala malikdir”, – deyə o
bildirib.




Kasımaliyev qeyd edib ki, təkcə Türk İnvestisiya Fondunu
yaratmaq kifayət etmir, eyni zamanda praktikada faydalı və zəruri
layihələri həyata keçirmək vacibdir.

Bundan əlavə, daha sistemli iqtisadi əməkdaşlığın yaradılması
məqsədilə Qırğızıstan iqtisadiyyat, ticarət, investisiya və maliyyə
sahələrində əməkdaşlığa dair Yol Xəritəsi layihəsi təklif edib.