İsrailin İordaniya ilə sərhəd keçid məntəqəsinə silahlı hücum olub, iki nəfər ölüb

Baş səhifə

İordan çayının qərb sahili və İordaniya arasındakı sərhəd keçid məntəqəsində atışma baş verib.

APA İsrail mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb və hücumu törədən şəxs zərərsizləşdirilib.

Ölənlərin İsrail vətəndaşları olduğu bildirilir.