Daha 1000 nəfərin meyiti Ukraynaya qaytarılıb – YENİLƏNİB

Baş səhifə

Rusiya ilə mübadilə nəticəsində 1000 nəfərin meyiti Ukraynaya qaytarılıb.

APA xəbər veriir ki, bu barədə Ukraynanın Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

“Yaxın günlərdə hüquq-mühafizə orqanlarının istintaqçıları Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə repatriasiya olunmuş meyitlərlə bağlı bütün zəruri ekspertizaları keçirəcək və şəxsiyyətlərin identifikasiyası aparılacaq”, – məlumatda qeyd olunur.

***

15:58

Rusiya və Ukrayna həlak olan hərbçilərin meyitlərini dəyişdiriblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Saraliev RBK-ya bildirib.

Onun sözlərinə görə, 24 hərbçinin meyiti Rusiya tərəfinə təhvil verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir