Xaçmazın Həsənqala kəndində səyyar qəbul keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, yerli
hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat
rəhbərlərinin iştirakı ilə Həsənqala kəndində səyyar qəbul təşkil
olunub.

Trend
xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat
yayıb.

Bildirilib ki, görüş iştirakçıları əvvəlcə şəhidlər abidəsini
ziyarət edərək üzərinə gül dəstələri qoyub, Vətən uğrunda
canlarından keçmiş qəhrəmanların əziz xatirəsini ehtiramla yad
ediblər.

Qəbulda Qusarçay İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə
daxil olan Həsənqala, Qusarçay, Ağaverdioba və Balaqusarqışlaq
kəndlərinin sakinləri iştirak ediblər.




Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi
müraciətlərin həlli istiqamətində görülən işlərə görə
təşəkkürlərini bildiriblər. Həmçinin elektrik təsərrüfatı, su
təchizatı və məktəb binasının təmiri ilə bağlı müraciətlər
səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu
və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll olunub.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.