Azərbaycanda bu ödənişlərin müəyyən edilməsi səlahiyyəti Tarif Şurasından alınıb

Baş səhifə

Bakı. Trend:

“Sabit telefon (məftilli) telekommunikasiya şəbəkəsinə qoşulma
və xidmətlərdən ödənişli istifadə Qaydası”nda dəyişiklik
edilib.

Trend-in
məlumatına görə, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri
Rəşad Nəbiyev müvafiq qərar imzalayıb.

Qərara əsasən, cidmət üzrə aşağıdakı tariflər İqtisadiyyat
Nazirliyi və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən
ediləcək:




  • qoşulma haqqı;
  • yenidən qoşulma haqqı;
  • abunə haqqı;
  • ölkədaxili danışıq haqqı;
  • beynəlxalq danışıq haqqı;
  • faks xidmətindən istifadə haqqı;
  • taksofon xidmətindən istifadə haqqı;
  • rəqəmli rabitə kanallarından istifadə haqqı.

Daha əvvəl bu səlahiyyət Tarif (qiymət) Şurasına məxsus idi.

Məlumat üçün bildirək ki, qərar sentyabrın 5-də qəbul
edilib, sentyabrın 15-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilib, sentyabrın 16-da qüvvəyə minib.