
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 3 ölkəyə
(Əfqanıstan, Gürcüstan və Türkiyə) dəyəri 3,532 milyon ABŞ dolları
olan 5,407 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun
miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə
(Aİ-92) benzin ixrac edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycandan xarici
ölkələrə “Aİ-92” markalı benzin ixracı qeydə alınmayıb.
Dövr ərzində Azərbaycandan Əfqanıstana 1,631 milyon ABŞ dolları
dəyərində 2,298 min ton, Gürcüstana 804 min ABŞ dolları dəyərində
1,093 min ton, Türkiyəyə isə 1,097 milyon ABŞ dolları dəyərində
2,016 min ton “AI-92″ markalı benzin ixrac edilib.
2025-ci ilin ilk 7 ayında Azərbaycanın “Aİ-92” markalı benzin
satdığı ölkələr:
|
Ölkələr |
Miqdar (ton) |
Məbləğ (min ABŞ dolları) |
|
Əfqanıstan |
2297,68 |
1631,35 |
|
Gürcüstan |
1093,57 |
803,77 |
|
Türkiyə |
2016,56 |
1096,88 |
Qeyd edək ki, eyni zamanda bu ilin yanvar-iyul yalarında
Azərbaycana 3 ölkədən dəyəri 64,4 milyon ABŞ dolları olan 83 min
ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013
q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə (Aİ-92) benzin
idxal edilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
həcm ifadəsində 39,3 min ton və ya 1,9 dəfə, dəyər baxımından isə
28,5 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.
2025-ci ilin ilk 7 ayında Azərbaycanın “Aİ-92” markalı benzin
aldığı ölkələr:
|
Ölkələr |
Miqdar (ton) |
Məbləğ (min ABŞ dolları) |
|
Belarus |
14496,86 |
12610,53 |
|
Rusiya |
64834,47 |
48806,75 |
|
Rumıniya |
3670,04 |
2978,6 |

