
Bişkek. Trend:
Cari ilin ilk 6 ayı ərzində Gürcüstandan Azərbaycana birbaşa
xarici investisiyaların həcmi 69,1 milyon ABŞ dolları təşkil
edib.
Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 41,5
milyon dollar və ya 2,5 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Gürcüstandan olan investisiyaların payı 2,1 faiz təşkil
edib.
Azərbaycan isə öz növbəsində, cari ilin ilk 6 ayı ərzində
Gürcüstan iqtisadiyyatına 77,1 milyon dollar sərmaye qoyub ki, bu
ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 milyon dollar və ya 18,8
faiz çoxdur.
Azərbaycan investisiyasının Gürcüstanın birbaşa xarici
investisiyalarının ümumi həcmindəki xüsusi payı 5,7 faizə
bərabərdir. Beləcə, Gürcüstan Azərbaycanın ən çox sərmaye qoyduğu
ölkələr sırasında beşinci yerdə qərarlaşıb.
2024-cü ilin ilk yarım ili ərzində Gürcüstandan Azərbaycana
birbaşa xarici investisiyaların ümumi həcmi 27,6 milyon dollar,
Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 64,9 milyon dollar
təşkil edib.