
Bakı. Trend:
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası
təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Trend xəbər verir ki, U-15
Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət
komandası ilə növbəti dəfə qarşılaşıb.
Binə stadionunda təşkil olunan görüş Aqil Nəbiyevin
yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın
heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə
Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.
Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk
yoxlama oyunu 0:0 hesablı heç-heçə nəticələnib.