Ardaya tarixi təklif –

Baş səhifə

“Real Madrid”in futbolçusu Arda Güler barədə yeni iddia ortaya atılıb.

Metbuat.az xəbər verir ki, futbolçu üçün “Real”a tarixi təklif ünvanlanıb. Türkiyənin “Ntvspor” nəşrinin məlumatına görə, İngiltərə Premyer Liqa komandalarından biri Arda üçün “Real”a 150 milyon avroya qədər transfer təklifi irəli sürüb.

Xəbərdə deyilir ki, “Real”ın prezidenti Florentino Perez Ardanı göndərməkdən imtina edib. Məlumata görə, “Real” Ardanı klubun gələcək layihəsi hesab etdiyi üçün onu heyətdə saxlayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.