Aİ Macarıstanı yan keçməklə Rusiyanın dondurulmuş aktivlərindən istifadə imkanını nəzərdən keçirir

Baş səhifə

Avropa İttifaqı Macarıstanın mümkün vetosunu neytrallaşdırmaq üçün Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya yeni kreditin ayrılması sxemini nəzərdən keçirir.

Bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumatlara görə, söhbət Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən irəli sürülmüş “reparasiya krediti” ideyasından gedir.

Agentliyin qeyd edir ki, Kiyev bu vəsaiti yalnız “Rusiyadan kompensasiyalar” əldə etdikdən sonra geri qaytaracaq, aktivlərin özünə isə toxunulmayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir