Premyer Liqada Vitor Pereyra ilə müqavilə uzadıldı

Baş səhifə

Bakı. Trend:

“Vulverhempton” baş məşqçisi Vitor Pereyra ilə müqaviləsini 3 il
müddətinə uzadıb.

Trend xəbər verir ki,
portuqaliyalı mütəxəssis komandaya 2024-cü ilin dekabrından
rəhbərlik edir. Ötən mövsümdə onun rəhbərliyi altında komanda
Premyer Liqada 19-cu yerdən 16-cı pilləyə qalxıb, Pereyra isə
mövsümün ən yaxşı məşqçisi mükafatına namizəd göstərilib.




Qeyd edək ki, cari Premyer Liqanın ilk 4 turunda komanda 4
məğlubiyyət alıb – “Mançester Siti”yə (0:4), “Bornmut”a (0:1),
“Everton”a (2:3) və “Nyukasl”a (0:1). Klub hazırda sonuncu
pillədədir.