
Bakı. Trend:
Çarli Kirk ABŞ Prezidenti ola bilərdi.
Trend xəbər verir ki, bu
sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində
deyib.
“Mən Çarliyə onun nə vaxtsa prezident olmaq şansının olduğunu
demişəm. Fikrimcə, onun böyük şansı olardı. O, çox inandırıcı idi.
Mən heç zaman kiminsə onun qədər insanları özünə cəlb etdiyini
görməmişəm. O, gəncləri özünə çəkirdi”,- deyə Tramp əlavə edib.