
Bakı. Trend:
“İnter Mayami”nin futbolçusu Lionel Messi gələcəyi ilə bağlı
qərarını verib.
Trend xəbər verir ki, 38
yaşlı vinger ABŞ klubunda qalacaq. Bu barədə ESPN televiziyaası
məlumat yayıb.
Messi klubla bu ilin sonunda başa çatan müqaviləsinin müddətini
uzadacaq. Ulduz futbolçu 3 illik sözləşmə təklifini qəbul edib.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından “İnter
Mayami”də çıxış edir. Argentina millisinin üzvü bu mövsüm MLS
təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 23 qol və
11 məhsuldar ötürmə ilə yadda qalıb.