Erlinq Haland karyerasını İspaniya La Liqasında davam etdirə bilər

Baş səhifə

Bakı. Trend:

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland karyerasını
İspaniya La Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, “Barselona” norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə “El Nacional” məlumat yayıb.




İspaniya çempionu Haalandı gələn ilin yayında heyətinə qatmağı
planlaşdırır. İngiltərə klubu 25 yaşlı forvard üçün 100 milyon avro
tələb edəcək.

Qeyd edək ki, “Mançester Siti” Erlinq Haalandı 2022-ci ilin
yayında Dortmund “Borussiya”sından transfer edib. Norveç millisinin
üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı
8 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.