İtaliyada inflyasiya səviyyəsi azalıb

Baş səhifə

Bakı. Trend:

Avqustda İtaliyada inflyasiya səviyyəsi əvvəlki aya görə 0,1
faiz azalaraq 1,6 faiz təşkil edib.

Trend xəbər verir ki, bu
barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat
yayıb.




Bildirilir ki, ötən ay istehlak qiymətləri indeksi iyul ayı ilə
müqayisədə 0,1 faiz artıb. Avqustda enerji qiymətlərində azalma,
ərzaq qiymətlərində artım müşahidə olunub. İnflyasiya
göstəricisinin azalmasının, ilk növbədə, enerji daşıyıcılarının
qiymətlərinin aşağı düşməsi ilə bağlı olduğu qeyd edilib. Ərzaq
qiymətləri 5,6 faiz artıb, emal məhsullarının qiymətlərində azalma
olub. Məişət məmulatları və fərdi qulluq məhsullarının qiymətləri
isə 3,4 faiz artıb.

ISTAT-a görə, avqust ayında italyanlar üçün alış-veriş səbəti
hələ də baha olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir