Neftin qiymətinin aşağı düşməsi Rusiya-Ukrayna münaqişəsinə son qoya bilər – Tramp

Baş səhifə

Bakı. Trend:

Neftin qiymətinin aşağı düşməsi Rusiya-Ukrayna münaqişəsinə son
qoya bilər.

Trend xəbər verir ki, bu
fikri ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir
Starmerlə keçirdiyi birgə mətbuat konfransında bildirib.




ABŞ liderinin fikrincə, neftin qiyməti aşağı düşərsə, Rusiya
rəhbərliyinin müharibədən çıxmaqdan başqa seçimi qalmayacaq.

Tramp, həmçinin bəzi Avropa ölkələrinin Rusiyadan neft
almasından məyus olduğunu bildirib.