Lənkəranda faciə: avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb

Baş səhifə

Bakı. Trend:

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında
rayonun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil kənddə məktəbə gedən
2014-cü il təvəllüdlü Ramid Əliyev və onun bacısı, 2017-ci il
təvəllüdlü Gülay Əlizadəni vurub.




Yaralılar ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına
çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Hər iki
şəxs xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir