
Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanda 2017-ci ildən
bəri bank sektorunun orta göstəricilərinin əhəmiyyətli dərəcədə
yaxşılaşdığını bildirib.
Bu barədə Trend
“Fitch”-ə istinadən xəbər verir.
“Kreditlərin dollarlaşma səviyyəsi aşağı düşüb və aktivlərin
keyfiyyəti ilə bağlı risklər azalıb”, -deyə agentliyin icmalında
qeyd olunur.
Eyni zamanda “Fitch” mümkün çağırışlara da diqqət çəkir.
“2021-ci ildən bəri pərakəndə kreditləşmənin sürətli artımı
sektorun həddindən artıq böyüməsinə səbəb ola bilər. Lakin
Azərbaycan Mərkəzi Bankı kredit risklərinin azaldılması üçün
qabaqlayıcı tədbirlər görür”, – sənəddə bildirilir.
Bundan əlavə, agentlik ölkə iqtisadiyyatı üzrə yenilənmiş
proqnozunu təqdim edib. “Gözləntilərimizə görə, Azərbaycanın ÜDM
artımı 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə isə 2,5 faiz təşkil
edəcək. Bu göstəricilər 2024-cü ildəki 4,1 faizlə müqayisədə
aşağıdır”, – analitiklər vurğulayıblar. Yavaşlamanın əsas səbəbi
kimi isə “neft-qaz sektorundakı fəaliyyətin azalması və dünya
bazarında qiymətlərin daha aşağı olması” göstərilib.

