Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib

Baş səhifə

Bakı. Trend:

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2
yarışı üzrə sərbəst yürüşə start verilib.

Trend
xəbər verir ki, yürüş 45 dəqiqə davam edəcək. Saat 12:30-dan
13:30-dək isə Formula 1 üzrə sərbəst yürüş keçiriləcək.




Saat 14:00-da Formula 2-də sıralama turu, 16:00-da isə Formula
1-də ikinci sərbəst yürüş başlayacaq.

Qeyd edək ki, 10 komandadan 20 pilotun birincilik uğrunda
mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir.