“Konstitusiya və Suverenlik İli”nin elan olunması yerində verilən bir qərardır – Ziyafət Əsgərov

Baş səhifə

Bakı. Trend:

“Konstitusiya və Suverenlik İli”nin elan olunması yerində
verilən bir qərardır. Mən bununla bağlı Prezident İlham Əliyevə
dərin təşəkkürümü bildirirəm.

Trend xəbər
verir ki, bunu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov
parlamentdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət
Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.

Sədr müavini bildirib ki, Azərbaycan Konstitusiyasının məqsədi
insanlarımızın hüquq və azadlıqlarının ali sənəddə təsbiq olunması
və onun müdafiə olunmasıdır:

“Azərbaycanda hakimiyyətin və suverenliyin mənbəyi xalqdır.
Azərbaycanın bəzi əraziləri erməni işğalı altında idi. Həmin
ərazilərdə Azərbaycan konstitusiyası işləmirdi. 2023-cü ildə bir
günlük antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində
separatizmə son qoyuldu və Azərbaycan suverenliyini tam bərpa etdi.
Bu gün Azərbaycan həm daxili, həm də xarici siyasətində tam
suverendir”.