“Antiterror tədbirlərindən sonra Azərbaycan suverenliyini təmin edib” –

Baş səhifə

2023-cü ildəki antiterror tədbirlərindən sonra Azərbaycan suverenlik məsələsini tam həll edib.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov sentyabrın 19-da parlamentdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı keçirilən konfransda deyib.

O bildirib ki, 1991–1993-cü illərdə ölkədəki xaos səbəbindən konstitusiyanı qəbul etmək mümkün olmayıb. Lakin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yaradılan konstitusiya komissiyası nəticəsində 1995-ci ildə ilk milli konstitusiya qəbul edilib. Daha sonra 2002, 2008 və 2016-cı illərdə referendumlar keçirilib. Bu sənədlərdə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və məhkəmə islahatları prioritet olub.

Z.Əsgərov vurğulayıb ki, 2023-cü ildəki antiterror tədbirlərindən sonra Azərbaycan suverenlik məsələsini tam həll edib. Prezident İlham Əliyevin sözlərinə istinadən, “seperatizmin tabutu”na son mismar vurulub. Suverenlik hər bir dövlət və xalq üçün müqəddəs anlayışdır və Azərbaycanın daxili və xarici siyasətində əsas prinsip olaraq qalır.

Sədr müavini həmçinin hazırkı müvəffəqiyyətin təməlində Ulu Öndərin uzaqgörən siyasətinin dayandığını diqqətə çatdırıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir