Cari ilin son 8 ayında 506 min nəfərə sosial müavinət ödənilib – Nazirlik

Baş səhifə

Bakı.Trend:

Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu
tərəfindən 506 min nəfərə sosial müavinət, 406 min nəfərə
Prezidentin aylıq təqaüdü ödənilib.

Trend xəbər
verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin
məlumat verilib.




Bildirilib ki, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 758
mln. manat, Prezident təqaüdləri üzrə 483 mln. manat ödənilib.

“Cari ilin 8 ayında 106 min, sosial ödənişlərin elektron
təyinatına başlandığı 2019-cu ildən 827 min müavinət və təqaüd
təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata
keçirilib”,-məlumatda qeyd edilib.