
Bakı. Trend:
Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi
tədbirlər nəticəsində müxtəlif növ malların gömrük sərhədindən
qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Trend xəbər verir ki, bu barədə DGK Mətbuat və
İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, “İpək yolu” gömrük postunda Türkiyədən Azərbaycan
Respublikasına gələn nəqliyyat vasitəsinin qoşqusuna keçirilən
baxış zamanı gömrük orqanına bəyan edilməyən 45 adda – 864 qutu,
1398 konvalyut, 473 ədəd dərman vasitəsi, 40 növdə – 357 ədəd
kosmetik vasitə, 50 litr həcmində ətir, 11 adda – 278 ədəd
stomatoloji vasitə, 144 qutu qida əlavəsi aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.