Türkiyədə meşə yanğınlarında həlak olan şəxslərə şəhid statusu veriləcək

Baş səhifə

Türkiyədə meşə yanğınlarında həlak olan şəxslərə şəhid statusu veriləcək.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə məlumat Rəsmi Qəzetdə dərc olunub.

Qərara əsasən, meşə yanğınları ilə mübarizə zamanı həlak olan könüllülər və vətəndaşlar “şəhid” sayılacaq. Yeni qaydalar 1 yanvar 2025-dən qüvvəyə minəcək və könüllülərin ailələri dövlət təminatlarından yararlana biləcək.