“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Baş səhifə

Bakı.Trend:

Sosial məsuliyyətli vətəndaş olan “PAŞA Bank”
ölkənin regional inkişafına töhfə vermək məqsədilə həyata keçirdiyi
“Bilik Səfəri” layihəsinin açılış mərasimini
Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə keçirib.

Bankın korporativ sosial məsuliyyət proqramı
çərçivəsində reallaşdırılan bu təşəbbüs müasir əmək bazarının
tələblərinə cavab verən yeni mütəxəssislərin yetişdirilməsinə
yönəlib. Layihəyə qoşulmaq üçün qeydiyyatdan keçənlər arasından
65 iştirakçı uğurlu namizəd olaraq seçilib. Təqdim edilən
imkanlardan yararlanmaq fürsəti qazanan iştirakçılardan 35 nəfəri
əlaqə mərkəzi, 30 nəfəri isə informasiya texnologiyaları

üzrə təlimlərə qatılacaq. İştirakçılar arasında tələbələr, yeni
məzunlar və 10 ilə qədər iş təcrübəsinə malik peşəkarlar yer
alır.

Üç ay davam edəcək proqramda peşəkar təlimçilər tərəfindən
hazırlanmış xüsusi tədris proqramları və intensiv
sessiyalar
keçiriləcək. Məqsəd iştirakçıların əmək
bazarında yüksək tələbat görən praktiki bilik və bacarıqlarını
inkişaf etdirməkdir.

“PAŞA Bank” fəaliyyətə başladığı gündən insan kapitalının
inkişafını, biliklərin paylaşılmasını və regional potensialın
gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.
Bank, uzunmüddətli strategiyasına uyğun olaraq, gələcəkdə də
gənclərin təhsil və karyera imkanlarını genişləndirən layihələrə
imza atmağa davam edəcək.




Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir