Azərbaycanın təbii qaz idxal və ixrac etdiyi ölkələr – CƏDVƏL

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana iki ölkədən – Rusiya
və Türkmənistandan 33,9 milyon ABŞ dolları dəyərində 221,6 milyon
kubmetr həcmində təbii qaz (qaz halında) idxal edilib.

Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin
eyni dövründəki göstərici ilə müqayisədə ölkəyə təbii qazın idxal
dəyəri 39,1 milyon ABŞ dolları və ya 2,1 dəfə, idxal həcmi isə
232,7 min kubmetr və yaxud 2 dəfə azalıb.

Cari ilin ilk 7 ayında Azərbaycanın təbii qaz aldığı ölkələrin
siyahısı:

Ölkələr

Miqdarı (min kubmetr)

Məbləği (min ABŞ dolları)

Rusiya

21241,81

3929,73

Türkmənistan

200351,38

30052,71

Eyni zamanda 2025-ci ilin ilk yeddi ayında Azərbaycandan 6
ölkəyə – Gürcüstan, Serbiya, Türkiyə, Bolqarıstan və İtaliyaya 5,3
milyard ABŞ dolları dəyərində 14,4 milyard kubmetr həcmində təbii
qaz (qaz halında) ixrac edilib.




Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər
ifadəsində 513,3 milyon ABŞ dolları və ya 10,8%, həcm baxımından
isə 564,3 milyon kubmetr və yaxud 4,1% çoxdur.

Cari ilin ilk 7 ayında Azərbaycanın təbii qaz satdığı ölkələrin
siyahısı:

Ölkələr

Miqdarı (min kubmetr)

Məbləği (min ABŞ dolları)

Gürcüstan

1434432,82

159560,88

Serbiya

180175,11

101115,77

Türkiyə

5791636,18

1594639,24

Bolqarıstan

1049216,81

392048,6

İtaliya

5433782,67

2743655,96

Yunanıstan

520451,44

278092,26

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda
29,246 milyard kubmetr təbii qaz istehsal edilib. Bu göstərici ötən
ilin eyni dövrü ilə müqayisədə 211,1 milyon kub metr və ya 0,7%
azdır.

Dövr ərzində təbii qaz hasilatının 22,5 milyard kub metrini
əmtəəlik qaz təşkil edib ki, bu da bir il əvvəlki göstərici ilə
müqayisədə 40,1 min kubmetr və ya 0,2% çoxdur.