
Bakı. Trend:
Azərbaycan “Grant Facility for Project Preparation” mexanizmi
çərçivəsində Dünya bankının əsas qurumlarından olan Beynəlalq
Yenidənqurma və İnkişaf Bankından 2 milyon ABŞ dolları həcmində
qrant əldə edib.
Trend bu barədə
Dünya Bankına istinadən xəbər verir.
Bankın sənədlərində qeyd edilir ki, qrantın ayrılmasında məqsəd
gələcəkdə Bakının şəhər mühitinin dayanıqlılıq və təhlükəsizlik
səviyyəsini əhəmiyyətli dərəcədə qaldırmağa imkan verəcək layihəyə
hazırlıq üzrə tədbirlərin maliyələşdirilməsi olub.
Məlumata görə, vəsaitlər Bakıda şəhər infrastrukturunun, ictimai
məkanların və binaların keyfiyyətinin, təbii fəlakətlərə və iqlim
dəyişikliklərinə dayanıqlılığının yaxşılaşdırılmasına yönəlmiş
layihənin hazırlanmasına sərf olunacaq.
Qeyd olunur ki, qrant müvafiq məqsədlərlə fonda toplanmış
vəsaitlərin hesabına ayrılır və onun verilməsi Dünya Bankının əsas
layihəni sonrakı maliyyələşdirməsi üzrə avtomatik öhdəlik
yaratmır.
“Sənəddə bildirilir ki, qrant hesabına maliyyələşdirilən
hazırlıq mərhələsi müasir ekoloji və iqlim çağırışlarını nəzərə
almaqla Bakının şəhər infrastrukturunun inkişafına yönəlmiş gələcək
investisiyaların əsasını təşkil edəcək”.