Qəzza şəhərini tərk edən fələstinlilərin sayı 480 000-ə çatıb

Baş səhifə

Qəzza şəhərini tərk edərək Qəzza zolağının cənub zolağına köç edən fələstinlilərin sayı 480 000 olaraq hesablanıb.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, İsrail ordusunun hesablamaları bu rəqəmi göstərir.

İsrailin HAMAS-a qarşı hərbi əməliyyatlarının başlamasından əvvəl isə Qəzza şəhərində yaşayan fələstinlilərin sayının 1 milyon doluğu bildirilib.

Qeyd edək ki, İsrail ordusu hərbi əməliyyatlardan əvvəl fələstinli mülki əhalini Qəzza şəhərini tərk etməyə və cənuba doğru hərəkət etməyə çağırıb.