Valideynlərini itirmiş uşaqlara təhsillərini bitirən zaman bu məbləğdə birdəfəlik müavinət veriləcək

Baş səhifə

Bakı. Trend:

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar 2600 (iki min altı yüz) manat məbləğində birdəfəlik
müavinətlə təmin ediləcəklər.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli
Əsədov qərar imzalayıb.




Qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi
təhsil, peşə təhsili, orta iхtisas təhsili və ali təhsil
müəssisələrini bitirdikləri zaman müvafiq təhsil müəssisəsinin
xərclər smetası hesabına “Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD
nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin
tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 1 aprel tarixli 359 nömrəli Fərmanının 2-ci hissəsinə
uyğun olaraq 2600 (iki min altı yüz) manat məbləğində birdəfəlik
müavinətlə təmin ediləcəklər.