
Bakı. Trend:
Paytaxtın Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Naməlum
şəxslər zərərçəkənin yaşadığı evin həyətindən 17000 manat dəyərində
mal-qara oğurlayıblar.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində
qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən
39 yaşlı N.Novruzov və 21 yaşlı H.Vəlizadə saxlanılıblar.
İdarənin 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir
zamanı isə Binə qəsəbə sakininə məxsus evdən 781 manat dəyərində
təmir-tikinti materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər
dələduzluq əməlinə görə məhkum olunmuş 26 yaşlı H.İsazadə də
tutulub.
Hər iki fakt üzrə araşdırmalar aparılır.

