
Bakı. Trend:
Sürücülərdən birinin porebriklərə aqressiv hücumu maşının
elementlərinin qırılması ilə nəticələnib.
Trend
xəbər verir ki, trasa kənar elementlər düşdüyü və sürücülərə
təhlükə mənbəyi olduğu üçün sərbəst yürüş qırmızı bayraqla
dayandırılıb.
Tras təmizləndikdən sonra yürüş davam edəcək.
xxx
12:39
Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisində
birinci sərbəst yürüş başlayıb.
Trend xəbər verir ki, mübarizəyə saat 12:30-da start
verilib.
İkinci sərbəst yürüş saat 17:00-da olacaq.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi
sentyabrın 21-də başa çatacaq.