Katz: Yəmənin paytaxtında İsrail bayrağı dalğalanacaq

Baş səhifə

İsrailin müdafiə naziri İsrael Katz Husilərin liderini təhdid edib.

APA xəbər verir ki, o özünün “X” hesabında Əbdül Məlik əl-Husinin öldürüləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Əbdül Məlik əl-Husi, sənin vaxtın çatacaq. Sən cəhənnəmin dərinliyində gözləyən hökumət nümayəndələrinlə və şər oxunun başqa üzvləri ilə görüşməyə göndəriləcəksən. Husilərin bayrağında olan “İsrailə ölüm, yəhudilərə lənət” şüarı İsrailin göy-ağ bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”,- Katz qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir