Gənclər Fondu “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş qrant müsabiqəsinin nəticələrini elan edir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 23 iyun-30
iyul 2025-ci il tarixlərində “Konstitusiya və Suverenlik İli”
çərçivəsində gənclər və gənclər təşkilatları üçün keçirilən qrant
müsabiqəsinin nəticələri elan edilib.

Qrant müsabiqənin məqsədi Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində
qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin
müvafiq Sərəncamı əsasında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və
Suverenlik İli” elan edilməsi ilə bağlı gənclərin dövlətçilik
dəyərlərinə sadiqliyinin möhkəmləndirilməsi, onların dövlətin
hüquqi və suveren əsaslarına dair biliklərinin artırılması,
Konstitusiya prinsiplərinə əsaslanan layihələrin dəstəklənməsi və
bu istiqamətdə ictimai təşəbbüslərin stimullaşdırılmasıdır.

Fondun Müşahidə Şurasının Qərarına əsasən 39 gənclər
təşkilatının, 86 gəncin layihə təklifinin dəstəklənməsi
məqsədəuyğun hesab edilib.




Qrant müqavilələrinin imzalanması üçün qaliblər 15 oktyabr
tarixinədək Gənclər Fondunun ofisinə yaxınlaşa bilərlər.

Müsabiqə qaliblərinin siyahısı ilə Fondun rəsmi internet
saytından tanış ola bilərsiniz: https://youthfoundation.az/188752/

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir