
Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 4 ölkədən dəyəri 59,4
milyon ABŞ dolları olan 70,6 min ton mühərrik benzinləri,
tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya
daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin
idxal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
həcm ifadəsində 28,8 min ton və ya 69%, dəyər baxımından isə 18,3
milyon ABŞ dolları və ya 44,5% çoxdur.
Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi bir ölkəyə –
Gürcüstana dəyəri 2,8 milyon ABŞ dolları olan 4,2 min ton “Aİ-95”
markalı benzin ixrac edilib.
Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-95”
markalı benzin ixracı qeydə alınmayıb.
2025-ci ilin ilk 7 ayında Azərbaycanın “Aİ-95” markalı benzin
aldığı ölkələr:
Ölkələr |
Miqdar (ton) |
Məbləğ (min ABŞ dolları) |
Belarus |
6964,55 |
5599,67 |
Rusiya |
51705,95 |
43545,97 |
Bolqarıstan |
1400,24 |
1173,08 |
Rumıniya |
10586,51 |
9060,07 |