
Bakı. Trend:
“Economist Intelligence Unit (EIU)” son proqnozlarına əsasən,
Azərbaycanın xarici ticarət balansının qarşısdakı beş il ərzində
müsbət və nisbətən sabit qalacağı gözlənilir.
Trend xəbər verir
ki, bu barədə EIU məlumat yayıb.
Məlumata əsasən, ölkənin ticarət profisiti 2025-ci ildə 13,9
milyard dollar təşkil edəcək, daha sonra isə 2026-cı ildə 10,2
milyard dollara qədər azalacaq. 2027-ci ildə profisitin 16 milyard
dollar səviyyəsində olacağı, 2028 və 2029-cu illərdə isə cüzi
azalmanın olacağı gözlənilir – müvafiq olaraq 15,4 milyard və 14,9
milyar dollar həcmində.
EIU proqnozuna əsasən, ixrac 2025-ci ildə 28,8 milyard dollar
təşkil etdiyi halda, 2029-cu ilə qədər 33,3 milyard dollara
yüksələcək. İdxal həcmi isə 2025-ci ildə 14,9 milyar dollar olduğu
halda, 2029-cu ilə qədər 18,4 milyard dollara qədər qalxacaq.
Eyni zamanda, Azərbaycan Dövlət Statistika Komitəsinin
məlumatları göstərir ki, 2024-cü ildə ölkənin ümumi ixrac həcmi
26,3 milyard dollar, idxal həcmi isə 21,1 milyard dollar təşkil
edib. Ötən illə müqayisədə ixrac 11 faiz azalıb, idxal isə 22 faiz
artıb ki, bu da 2023-cü illə müqayisədə xarici ticarət balansı
profisitinin azalmasına səbəb olub.