Bakı.Trend:
Cəmiyyətdə dəvətnamə anlayışı hər zaman toyla bağlı düşünülüb.
Sosial şəbəkədə isə yas mərasiminə dəvətnamə göndərilməsi
müzakirələrə səbəb olub.
“Təəssüf ki, bu gün cəmiyyətimizdə müsbət nümunələri təşviq
etməkdənsə, mənfi tendensiyalar daha çox diqqət cəlb edir. Halbuki
əsas diqqətimizi yaş mərasimlərində müşahidə olunan israqçılığın
qarşısının alınmasına yönəltməliyik. Bu məsələ ciddi ictimai
müzakirəyə çevrilməlidir”.
Bu fikirləri Trend-ə açıqlamasında deputat Ceyhun Məmmədov
bildirib. O, yasa dəvətnamə ilə çağırılmanı yanlış yanaşma kimi
dəyərləndirib:
“Hazırda insanlar yeni üsullarla bu israqçılığı davam etdirməyə
çalışırlar. Məsələn, artıq bəzi hallarda yasa dəvətnamə ilə
çağırmaq kimi qəribə bir tendensiya formalaşır. Bu, kökündən yanlış
yanaşmadır. Məsələnin mahiyyətini unudaraq formasına yönəlmək,
problemi daha da dərinləşdirə bilər. Ən vacib məsələ budur ki,
israqçılığın aradan qaldırılması cəmiyyətin prioritet hədəflərindən
biri olmalıdır. Bu istiqamətdə marifləndirmə aparılmalı, ictimai
qınaq gücləndirilməli, ən əsası isə insanlar arasında sağlam
düşüncə formalaşdırılmalıdır . Fərdi təşəbbüslər və şəxsi
yanaşmalar təbii olsa da, əsas diqqətimiz sosial məsuliyyət və
ümumi rifahın qorunması üzərində qurulmalıdır. Ümid edirik ki, bu
çağırışa hər kəs həssas yanaşacaq və mövcud israqçılıq ənənələri
zamanla aradan qalxacaq”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı, ilahiyyatçı-alim
Samid Quliyev açıqlamasında bildirib ki, insanları yas mərasiminə
dəvət etmək (istər şifahi şəkildə, istərsə də yazılı formada) dini
baxımdan günah sayılmır:
“İslam dinində yas mərasimlərinin əsas məqsədi vəfat edən şəxsə
dua etmək, onun ruhuna rəhmət diləmək və geridə qalan yaxınlarına
təsəlli verməkdir. Bu mərasimlər həm dini, həm də mənəvi dəyərlərin
yaşadılması baxımından böyük əhəmiyyət daşıyır.Bu kontekstdə,
insanları yas mərasiminə dəvət etmək (istər şifahi şəkildə, istərsə
də yazılı formada) dini baxımdan günah sayılmır. Əgər bu çağırış
mərhum üçün ediləcək duaların sayını artırmaq, onu yad edənlərin
sayını çoxaltmaq və dini-mənəvi mühiti yaratmaq məqsədi daşıyırsa,
bu, İslamın ruhuna uyğundur və müsbət qarşılanmalıdır”.
İlahiyyatçı vurğulayıb ki, dini mərasimlər mahiyyətinə uyğun
sadə şəkildə keçirilməlidir.
“Lakin burada diqqət yetirilməli olan əsas məsələ yas
mərasimlərinin israfçılıqdan, nümayiş və riyakarlıqdan uzaq
tutulmasıdır. Belə mərasimlər dini mahiyyətinə uyğun olaraq sadə,
səmimi və təvazökar şəkildə keçirilməlidir. Əgər dəvətnamə
vasitəsilə insanlara məlumat verilməsi də bu sadəlik çərçivəsində
həyata keçirilərsə, bu, dinin prinsiplərinə zidd sayılmaz”.