
Bakı.Trend:
Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Dəmir Yolları”
QSC-nin (ADY) qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb.
Trend xəbər
verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, bunun nəticəsində maşinistlər təcili tormozlama
etməli olub: “Bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə
qaçılmaz olub: 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
“ADY bir daha xatırladır ki, dəmir yolu xətlərini keçərkən
qulaqlıqdan istifadə etməyin, sağa və sola baxın, hər 2 tərəfdən
qatarın gəlmədiyinə əmin olduqdan sonra yolunuza davam edin”, –
qurumdan əlavə olunub.