Lukaşenko gəncləri “kilsəyə qovmamağa” çağırıb

Baş səhifə

Bakı. Trend:

Gəncləri kilsəyə qovmaq lazım deyil.

Trend xəbər verir
ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko yerli dini
xadimlərlə görüş zamanı deyib.




Lukaşenko gənclər arasında dini məlumatlandırmanın vacib
olduğunu bildirsə də, onların kilsəyə getməyə vadar edilməsini
düzgün saymır.

“Heç kəsi qovmaq lazım deyil, amma kilsədə elə şərait yaratmaq
lazımdır ki, gənclər ora gəlsinlər. Axı biz onları dəyişdirə
bilməyəcəyik. Ona görə də haradasa bir az uyğunlaşmaq lazımdır ki,
insanlar bizim olsun, kilsədə olsunlar”,- deyə Lukaşenko
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir