AzMİU-nun əsaslı təmir olunan Tibb Məntəqəsi istifadəyə verildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)
tələbələrin və əməkdaşların sağlamlığının qorunması məqsədilə 1
saylı Tələbə Poliklinikasının nəzdində fəaliyyət göstərən Tibb
Məntəqəsi əsaslı təmir edilərək istifadəyə verilib.

Müasir standartlara uyğun yenidən qurulan Tibb Məntəqəsi
universitet kollektivinin gündəlik tibbi ehtiyaclarını qarşılamaq
üçün zəruri avadanlıqlarla təmin olunub. Burada ilkin tibbi
yardımın göstərilməsi, təcili müdaxilə, profilaktik baxışlar,
təzyiq və qan şəkərinin ölçülməsi, ürək fəaliyyətinin müayinəsi,
vaksinasiya, bəzi laborator analizlərin götürülməsi və ambulator
müalicə xidmətləri həyata keçiriləcək.




Tibb Məntəqəsi eyni zamanda tələbə və əməkdaşların mütəmadi
sağlamlıq müayinələrinin aparılması, müxtəlif xəstəliklərin
vaxtında aşkarlanması, həmçinin sanitar-epidemioloji qaydaların
təbliği və maarifləndirici tədbirlərin həyata keçirilməsi
baxımından mühüm rol oynayacaq.

Qeyd edək ki, tələbələrin təhsildə uğurları onların sağlam həyat
tərzi ilə birbaşa bağlıdır. Bu məqsədlə yaradılan müasir şərait
universitetdə gənclərin fiziki və psixoloji sağlamlığının
qorunmasına, eləcə də əməkdaşların rahat və təhlükəsiz iş mühitinə
xidmət edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir