
Bakı. Trend:
“Sabah”ın qızlardan ibarət komandası bu mövsümdən etibarən ilk
dəfə AFFA Yüksək Qızlar Liqasında iştirak edəcək.
Trend
xəbər verir ki, əvvəlki mövsümdə U-17 Qızlar Liqasında iştirak
etmiş komanda bu dəfə gücünü əsas liqada sınayacaq.
Qeyd edək ki, “Sabah”ın qızlardan ibarət komandası 2023/24
mövsümündən U-17 Liqasında çıxış edirdi. Mehdi İbrahimovun baş
məşqçisi olduğu komanda çıxış etdiyi liqada son iki mövsümü çempion
kimi başa vurub.