
Bakı. Trend:
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində,
həmçinin Vətən müharibəsi və antiterror əməliyyatlarında canından
keçmiş qəhrəmanların xatirəsinə hörmət əlaməti olaraq şəhidlərin
məzarları ziyarət olunub.
Trend
xəbər verir ki, bu barədə İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev,
YAP Xaçmaz Rayon Təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli
hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər
ziyarətdə iştirak edərək şəhidlərin xatirəsini ehtiramla yad
ediblər.
Çıxış edən Elnur Rzayev Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi ilə şanlı Ordumuzun gücü sayəsində qazanılmış böyük
Zəfərin əhəmiyyətindən, torpaqlarımızın işğaldan azad olunması və
antiterror əməliyyatları zamanı əsgər və zabitlərimizin göstərdiyi
fədakarlıqdan danışıb.
Şəhidlərin ailə üzvləri qəhrəman övladları ilə fəxr etdiklərini
bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda şəhid polkovnik-leytenant Vüsal Rüstəmovun xatirəsinə
ucaldılmış barelyef ziyarət olunub və önünə gül dəstələri
qoyulub.