Maliyyə Nazirliyi 8 ayda 167 milyon manata yaxın əsassız ödəniş aşkarlayıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin ilk 8 ayı ərzində Azərbaycan Respublikası Baş
Prokurorluğunun və hüquq-mühafizə orqanlarının qərarlarına, Dövlət
Maliyyə Nəzarəti Xidmətinin iş planına və plandankənar yoxlamalara
əsasən ümumilikdə 85 nəzarət obyektində aparılan nəzarət tədbirləri
ilə 166,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar
edilib.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.




Bildirilib ki, həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə
əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində
müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq
mühafizə orqanlarına göndərilib.

Müzakirələrdə dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli
istifadəsinə nəzarətin gücləndirilməsi, nəzarət tədbirlərinin
keyfiyyətinin və şəffaflığının artırılması istiqamətində
tədbirlərin davam etdiriləcəyi, nəzarət tədbirlərinin növlərindən
biri kimi təhlil və monitorinqlərin əhatə dairəsinin
genişləndiriləcəyi vurğulanıb.