
Bakı. Trend:
Avstriyaya işgüzar səfər çərçivəsində Azərbaycan Prezidentinin
xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Avstriyanın
yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib
Trend xəbər verir
ki, səfər zamanı Əmirbəyov Avstriyanın Milli Şurasının sədri Valter
Rozenkrants, kanslerin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi
Peter Launski-Tiffental və Avropa və beynəlxalq məsələlər üzrə
Federal Nazirliyin baş katibi Nikolaus Marşik ilə görüşüb.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin,
Beynəlxalq Sülh İnstitutunda keçirilən dəyirmi masada iştirak edib
və Avstriya KİV-lərinə müsahibə verib.
Danışıqlar zamanı tərəflər Azərbaycan və Avstriya arasında
münasibətləri, Azərbaycan ilə Avropa İttifaqı arasındakı
əməkdaşlığı, Azərbaycan və Ermənistan arasında münasibətlərinin
normallaşdırılması prosesini, eləcə də qarşılıqlı maraq doğuran
digər məsələləri müzakirə ediblər.

