Trampın helikopteri Britaniyada məcburi eniş edib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı Melaniya
Londonun Stansted aeroportuna yollanan zaman başqa helikopterə
minməli olublar.

Trend bu barədə
Britaniya KİV-ə istinadən xəbər verir.

Ağ Evin mətbuat katibi Karolin Livitt insidentin helikopterin
“hidravlik sistemi ilə bağlı kiçik problemlə” əlaqədar oldğunu
bildirib.




Helikopter Lutonda məcburi eniş etməli olub. Orada Ağ Ev
rəhbərini və birinci xanımı fövqəladə xidmətlər qarşılayıb, lakin
hər şey qaydasında olub və heç kim xəsarət almayıb.

Livitt qeyd edib ki, məcburi eniş qərarı “xüsusi ehtiyat tədbiri
kimi” qəbul olunub. O əlavə edib ki, insidentdən sonra Amerika
prezidenti “uğurla ehtiyat helikopterinə minib” və yolunu Stensted
aeroportuna davam etdirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir