
Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən oktyabrın 2 və 7-də keçiriləcək hərraclara 3 kiçik
dövlət müəssisə və obyekti, 159 nəqliyyat vasitəsi çıxarılıb.
Trend xəbər verir ki, bu
barrədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilir ki, oktyabrın 2-də keçiriləcək hərraca 56 nəqliyyat
vasitəsi, oktyabrın 7-də keçiriləcək hərraca isə 103 nəqliyyat
vasitəsi və 3 kiçik dövlət müəssisə və obyekti çıxarılıb.
Kiçik dövlət müəssisə və obyektləri Şirvan şəhərində, Samux və
Ağstafa rayonlarında yerləşir. Samux rayonunda olan “Seyidlər üzüm
emalı zavodu” dövlət müəssisəsi alıcılar üçün əlverişli hesab
olunur. Müəssisənin torpaq sahəsi 26.068 kvadratmetr, ümumi faydalı
sahəsi isə 221 kvadratmetrdir.
Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri
Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.