
Bakı. Trend:
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində
yarış həftəsinin ən çox gözlənilən tədbirlərindən biri –
Fan Forum Dənizkənarı Bulvar ərazisində yerləşən
Fanzonada keçirilib.
Trend xəbər verir ki, səhnədə
təşkil olunan sessiyada dünya şöhrətli Formula 1 pilotları
azarkeşlərlə görüşərək onların suallarını cavablandırıb, avtoqraf
verib və foto çəkdiriblər. Komandalar üçün ayrılmış vaxt ərzində
fanatlar sevimli F1 ulduzlarını yaxından görmək və yarış həyəcanını
birgə bölüşmək imkanı əldə ediblər.
Cümə günü keçirilən Fan Forumda Racing Bulls, Williams,
McLaren, Kick Sauber və Aston Martin komandalarının
üzvləri iştirak ediblər. Şənbə günü isə digər komandaların
pilotlarının fanatlarla görüşü nəzərdə tutulub.
Beləliklə, Fan Forum həm pilotlar, həm də
azarkeşlər üçün yarış həftəsinin ən yaddaqalan anlarından birinə
çevrilib.

