
Bakı. Trend:
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turunun ən yaxşı
oyunçusu müəyyənləşib.
Trend xəbər verir ki, “Barselona”da çıxış edən Markus Reşford həftənin ən yaxşısı
seçilib.
İngiltərəli vinger azarkeşlər arasında keçirilən sorğuda “Yuventus”dan Duşan Vlahoviç, “İnter”dən Markus Türam və “Sportinq”dən Fransisko Trinçaonu qabaqlayıb.
Qeyd edək ki, Markus Reşford”Barselona”nın “Nyukasl”ı 2:1 hesabı
ilə məğlub etdiyi matçda 2 qol vurub.