
Bakı. Trend:
Yaxın gələcəkdə malyariya xəstəliyi tarixə qovuşa bilər.
Trend xəbər verir
ki, britaniyalı və afrikalı bioloqlardan ibarət tədqiqat qrupu
maylariya daşıyıcısı olan “Anopheles funestus” ağcaqanadlarının
genlərində bunun üçün yeni genetik ipucları tapıb.
Tədqiqat qrupu “Anopheles funestus” növünü araşdıraraq bu növün
zamanla necə təkamül edərək yaşamağa davam etməsini öyrənib.
“Anopheles funestus” Afrikada ən geniş yayılmış ağcaqanad
növlərindən biridir və digər malyariya daşıyıcı ağcaqanadlarla
müqayisədə əhəmiyyətli dərəcədə daha uzun ömür sürür.
Tarixi nümunələrin analizi göstərib ki, insektisidlərə qarşı
müqavimətlə bağlı əsas mutasiya hələ 1960-cı illərdə ağcaqanadlarda
mövcud olub, digər müqavimət mutasiyaları isə sonralar inkişaf
edib.
Nəticələr göstərir ki, əvvəllər başqa bir malyariya daşıyıcısı
olan ağcaqanad üçün hazırlanmış gen sürücüsü texnologiyası
“Anopheles funestus” üçün də uyğunlaşdırıla bilər. Bu isə
malyariyanın tam aradan qaldırılması üçün yeni yanaşma təklif
edir.